2 fevral 2025 at 13:30
Jurnalist kodu: 5564
Xəbər kodu: 85737783
T T
0 Persons

İran lideri: Amerika təcavüzkar və yalançıdır

2 fevral 2025 at 13:30
Xəbər kodu: 85737783
İran lideri: Amerika təcavüzkar və yalançıdır

Tehran - İRNA - İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İran xalqının “Amerikaya ölüm” demək cəsarətinə malik olduğunu bildirib və deyib: Amerika təcavüzkar və yalançıdır.

İran İslam Respublikasının 41-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsində iştirak edən ən yaxşı ustadlar, qarilər və hafizlər bu gün səhər (bazar) İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində keçirilən Quranla ünsiyyət məclisində iştirak edərək İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

Həzrətinin bu görüşdəki çıxışının ən mühüm məqamları aşağıdakılardır:

- Həzrət Əba Əbdillah İmam Hüseynin (ə) mövlud gününü təbrik edirəm və ümid edirəm ki, Uca Allah bizi bu nəcib və əziz ailənin davamçılarından qərar versin.

- Allahın izni ilə Qəzza sionist rejiminə qalib gəldi. Allaha təvəkkül etməyin ruhi vəziyyəti, Allahın izni ilə qeyri-mümkün olanın mümkün olacağına əmin olmaq deməkdir.

  - İran xalqı “Amerikaya ölüm” deməyə cəsarət edir; Amerika təcavüzkar və yalançıdır. 

- İran xalqı səbirli olub, irəliləyiş əldə edib. 

- İslam ümmətinin problemlərini Allaha təvəkkül etməklə həll etmək olar.
Allahın izni ilə qeyri-mümkünlər mümkün olur. Əgər desəydilər ki, Qəzzə Amerika rejimi kimi böyük bir güclə döyüşəcək və Qəzzə ona qalib gələcək, inanardınızmı?! Buna inanmazdınız; bu qeyri-mümkün işlərdəndir, amma Allahın izni ilə mümkün oldu. 
İran xalqının digər xalqlardan fərqi Amerikanın təcavüzkar, yalançı və fırıldaqçı olduğunu deməyə cəsarətinin çatmasıdır. Amma başqalarının cəsarəti yoxdur və üzərlərinə düşəni etmirlər. Bunu etmədikdə heç bir nəticə olmayacaq.
Son 40 il ərzində dünyanın bütün imperialist dövlətləri İran əleyhinə çalışıblar, lakin İran xalqı nəinki zərbə almayıb, hətta irəliləyib.
İndiki İran 40 il əvvəlki İran deyil.
Biz hər sahədə inkişaf etdik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .